
“Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr mətbuatına danışıb.
Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis Konfrans Liqasının 5-ci turunun “Qarabağ”la etdikləri heç-heçə (2:2) barədə danışıb:
"Qarabağ"la matçda yaxşı keyfiyyət göstərdik. Bununla yanaşı nizam-intizam, səmərəlilik, mentalitet də qaydasındaydı.
“Qarabağ”la bərabər səviyyədə mübarizə apardıq. Qalib də gələ bilərdik, uduza da bilərdik.
Ancaq sonda heç-heçə qeydə alındı. İstənilən halda çox yaxşı futbol nümayiş etdirdik".