"Bazel"in prezidenti "Qarabağ"la matça bu gözlə baxır – ÖZÜ DEDİ

1 Dekabr 2021 12:40 Qarabağ 947
"Bazel"in prezidenti "Qarabağ"la matça bu gözlə baxır – ÖZÜ DEDİ

"Çempionat və avrokubokdakı hazırkı vəziyyəti bizim üçün uğurlu hesab etmək olar".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın Konfrans Liqasındakı rəqibi İsveçrə "Bazel"inin prezidenti Reto Baumqartner "Telebasel"ə açıqlamasında deyib.

54 yaşlı funksioner avrokubokdakı uğurlu çıxışı baş məşqçi Patrik Rahmenlə əlaqələndirib:

"Bu ay keçirəcəyimiz 5 matçın hamısı finala bərabərdir. Rahmen klubdakı hamı kimi çox iddialıdır.

Düşünürəm ki, düzgün yoldayıq. Ancaq mükəmməl demək üçün mütləq kubok qazanmalıyıq.

İlin sonunadək çempionatda dörd, Konfrans Liqasında isə “Qarabağ”a qarşı final matçımız var. Həmin görüşlərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik".

“Bazel” – “Qarabağ” oyunu dekabrın 9-da keçiriləcək. Hər iki komanda H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib.

Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup liderli ola və 1/8 finala yüksələ bilər.

Digər Xəbərlər
Xəbər Lenti