Qurban Qurbanov onların puluna toxunmasa …

26 Sentyabr 2021 11:40 Qarabağ 1 250
Qurban Qurbanov onların puluna toxunmasa …

«Qarabağ» eyforiyaya qapılıb. Əksər futbolçuların ayağı yerə dəymir, göydə uçurlar.

«Bazel»ə «futbol dərsi» keçəndən sonra onlarda bir rahatlıq yaranıb.

Premyer Liqadakı rəqiblərinə yuxarıdan-aşağı baxırlar. «Bazel»ə öz gücümüzü göstərmişiksə, «Keşlə»ni gəzə-gəzə, bir ayaqla tapdalayırıq» fikri var bu oyunçularda. Görünən budur.

«Qarabağ»ın «ASK Arena»da 2 xal qoyub getməsini proqnozlaşdıran yox idi. «Bu, futboldur və burada istənilən nəticə qeydə alına bilər» söhbəti «Keşlə» - «Qarabağ» cütünə gələndə, öz reallığını itirir.

Qurban Qurbanov qaçırılan qələbə hesabına görə komandasının hər bir üzvünü cəzalandıırmalıdır. Cəza deyəndə ki, futbolçulara ən güclü təsir rıçağı cərimədir.

Aldıqları maaşın bir hissəsindən onları məhrum etməlidir ki, şirin yuxudan ayılsınlar, hələ heç bir nəticə əldə etmədiklərini görsünlər.

İbrahimma Vadjinin transferi ilə hücum xəttindəki problemlər bitməyib. Bu, sadəcə, gözlənti və istəkdir. Gözlənti və istəklər isə heç də həmişə həyata vəsiqə qazanmır.

Seneqallı əzmkar və fiziki cəhətdən güclüdür, sürətlidir, topla rəftarı da pis deyil. Yer seçmək bacarığı da bəyəniləndir.

Gəl ki, qol hissiyatı bərq vurmur, bu yöndə çatışmazlıqları çoxdur.

Vadji əlinə düşən fürsətləri dəyərləndirsəydi, «Qarabağ» fasiləyə böyükhesablı qələbə ilə yollanacaq, bununla da, oyunun müqəddəratını 45 dəqiqə tez həll etmiş olacaqdı.

Olmadısa… Bunun təqsiri Vadji başda olmaqla, komanda yoldaşlarının əyninə biçilməlidir. Birincidən onbirinciyə kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı