Rəşad getdi, "Qarabağ" çempion olmadı, torpaqlar azad oldu, amma...

18 Sentyabr 2021 19:00 Qarabağ 1 815
Rəşad getdi, "Qarabağ" çempion olmadı, torpaqlar azad oldu, amma...

"Qarabağ" Konfrans Liqasındakı debüt oyunundaca adından söz etdirməyi bacardı.

Qurban Qurbanovun yetirmələri meydanda göstərdiyi möhtəşəm mübarizə ilə hər kəsin alqışını qazandı. İstisnalar xaric...

Zaman-zaman Qurbanov və komandasının uğurlarına alqış eləmək əvəzinə min bir bəhanə ilə buna kölgə salmaq istəyən qüvvələr olub.

"Rəşad Sadıqov getsə, Qurbanov tək heç nə edə bilməz" deyənləri xatırlayırsınız?

Rəşad Sadıqovun "Qarabağ" və Qurbanova faydasından danışsaq saatlar yetməz. Ağdamlılar üçün əvəzsiz sima olub. Amma "Rəşad getsə, Qurban heç nə edə bilməz" deyənlərin tək məqsədi olub. Ki, Qurbanovun imicinə zərbə vursunlar.

Eyy, buyurun, Rəşad Sadıqovusuz "Qarabağ" qarşınızdadır! Daha güclü, daha əzəmətli!

"Qarabağ" rəqabətsiz Premyer Liqada rahat çempion olur və avrokuboklarda bu üstünlükdən yararlanır" deyənləri necə, xatırlayırsınız?

"Qarabağ" hazırkı mövsüm çempion olmadan da qrupa düşməyin mümkünlüyünü göstərmiş oldu. Bu gün isə qrupdakı parlaq futbolla növbəti dəfə könülləri fəth etməklə məşğuldur.

Eyy, buyurun, bu da sizə çempion olmayan "Qarabağ!

Bəs "Siyasətdi, "Qarabağ" adına görə qabağa çəkilir" deyənləri necə, onları da xatırlayırsınız?

"Qarabağ" torpaqlar azad olunandan sonra daha da əzəmətli olub. Hətta hazırk komandaya son 7 ilin ən yaxşısı da deyənlər var.

Eyy, buyur, bu da azad Qarabağdan sonrakı "Qarabağ!

Əslində bütün bu sadalanlar bəhanədən başqa bir şey olmayıb. Dəfələrlə yazmışıq, demişik. Amma israrlarından əl çəkməyiblər.

Bu gün həmin bəhanələrin hamısı öz aktuallığını itirib. Bəs həmin adamlar necə?

Görəsən, gec də olsa haqqı görüb, "Qarabağ" və Qurban Qurbanov həqiqətini qəbul edəcəklərmi? Məncə, çətin...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu