"Qarabağ"ın “Aşdod”la oyununun baş hakimi dəyişdi

20 İyul 2021 17:20 Qarabağ 1 233
"Qarabağ"ın “Aşdod”la oyununun baş hakimi dəyişdi

"Qarabağ" və "Aşdod" arasında Konfrans Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək ilk oyunun baş hakimi dəyişib.

Sportinfo.az xəbər verir ki, görüşü əvvəlcədən nəzərdə tutulduğu kimi polşalı Kşiştof Yakubik idarə etməyəcək.

Matçın baş hakimi ukraynalı Sergey Boyko olacaq. Ona polşalı Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

İyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il
10 Sentyabr 02:40 Moldovadan 3 qol “yedik”