“Qarabağ” “Arsenal"la üz-üzə gələcək

17 İyun 2021 16:20 Qarabağ 1 787
“Qarabağ” “Arsenal"la üz-üzə gələcək

Bir neçə gün öncə Bakıda bir araya gələn "Qarabağ" iyulun 4-dən Avstriyada təlim-məşq toplanışına başlayacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi iyulun 16-dək davam edəcək hazırlıq prosesi müddətində 3 yoxlama oyunu keçirəcək. Komanda

Bolqarıstandan MOİK (Sofiya) və Rusiyadan "Arsenal" (Tula) ilə üz-üzə gələcək. "Arsenal"la oyun iyulun 11-də olacaq.

MOİK-lə matçın tarixi və üçüncü rəqib hələlik bəlli deyil.

“Qarabağ” bu səfərdən sonra Bakıya qayıdaraq, Konfrans Liqasının II təsnifat mərhələsində "Aşdod"u ilə evdə keçirəcəyimiz görüşə hazırlaşacaq.

"Qarabağ"ın İsrail klubu ilə ilk oyunu iyulun 22-də, cavab görüşü isə bir həftə sonra olacaq.

Digər Xəbərlər
Xəbər Lenti