"Sanki hər şey bizə qarşı idi" - Qurban Qurbanov

16 Aprel 2021 20:30 Qarabağ 1 618
"Sanki hər şey bizə qarşı idi" - Qurban Qurbanov

"Bir xal qazandıq. Oyunda düşünmədiyimiz zədələr oldu.

Müdafiədə oynayan komandaya qarşı çıxış etdik. Məğlub da ola bilərdik. Sanki hər şey bizə qarşı idi. Sonadək oyundan qopmadıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXIII turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis rəqib baş məşqçi Aftandil Hacıyevi təbrik edib: "Futbolçularımı da təbrik edirəm ki, oyundan qopmadılar və bir xal qazandıq.

Zədələnən Şahruddin Məhəmmədəliyev klinikaya aparıldı. Onun nə zaman qayıdacağını deyə bilmərəm. Filip Ozobiçin də durumu hazırda yaxşı deyil və ağrısı var.

Şahruddin üzündə zədə aldı. Baş hakim Əliyar Ağayev bizim yaxşı hakimlərimizdir. Siz nəyi görmüsünüzsə, biz də onu gördük".

Qurbanov klubun planlarından da danışıb: "Klub rəhbərliyi illərdir stabil büdcəni qoruyub saxlayır. Rəhbərlik bu adı sevirlər, bu ad üçün "Qarabağ"ı saxlayırlar. Hamı çox gözəl başa düşür ki, nəticəni istədiyiniz kimi əldə edə bilmirsən. Rəhbərliyin futbolla bağlı təcrübəsi çoxalıb. Birinci məqsəd klubu layiqincə yaşatmaqdır".

Baş məşqçi bu gün çoxlu qol imkanlarının yarandığını söyləyib: "Hər klub "Qarabağ"a qarşı böyük motivasiya ilə oynayır. Bir neçə topumuz dirəyə dəydi. Əslində belə nəticələrə sevinirəm. Klubların bizdən və "Neftçi"dən xal almağı futbolun inkişafı deməkdir. Qalib gəlmək gücündə idik, amma alınmadı. Gərginlik həmişə var. "Səbail"ə qalib gəlmək istəyirdik, amma alınmadı. Bəzən futbolçuları hazırlasaq da, həyəcan olur".

Digər Xəbərlər
Xəbər Lenti