"Qarabağ"dan 4-cü liqa klubuna getdi, işi alınmadı, karyerasını bitirdi

3 Mart 2021 13:40 Qarabağ 958
"Qarabağ"dan 4-cü liqa klubuna getdi, işi alınmadı, karyerasını bitirdi

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın keçmiş legioneri Miçel Madera karyerasını başa vurub.

Bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb.

Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun 4-cü liqada lazımi səviyyədə çıxış etməsinə imkan vermir.

Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!