“Qarabağ”dan yeni inkişaf strategiyası: “Dəyişiklər və yerdəyişmələr gedir”

26 Fevral 2021 16:00 Qarabağ 674
“Qarabağ”dan yeni inkişaf strategiyası: “Dəyişiklər və yerdəyişmələr gedir”

“Akademiyada dəyişiklər və yerdəyişmələr gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

O, klubun futbol akademiyasının gündəlik həyatında yeni dönəmin başlandığını bildirib: “Bu, inkişafa hesablanmış strategiyadır və normal qarşılanmalıdır.

“Klub olaraq, son vaxtlar uşaq futboluna diqqəti bir qədər də artırmışıq. Bütün ölkə üzrə seleksiya aparmağa hazırlaşırıq. Futbol Akademiyasının aşağı yaş qruplarına seçimlərə Ağdamdan başlayacağıq.

Seçimlər Quzanlı qəsəbə stadionunda baş tutacaq. 2006 - 2013-cü il təvəllüdlü oğlanlar qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

Seçimlərin əsas mərhələsi 5-7 martda, yerli Olimpiya Kompleksinin stadionunda reallaşacaq. 300-dən artıq uşaq və yeniyetməni seleksiyaya cəlb etməyi planlaşdırırıq. Ağdamdan sonra digər bölgələrə də səfər edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti