Hacıyev adam öldürməyib, hadisənin şahidi olub - FOTO

29 İyun 16:00 Qalmaqal 634
Hacıyev adam öldürməyib, hadisənin şahidi olub - FOTO

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

Sportinfo.az "Chernovik" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur.

Azərbaycan Güləş Federasiyasından "report"a bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb:

"Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib.

Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir".

Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 21:40 Ən yaxşı 5... - VİDEO
11 İyul 11:20 İsrafilov lazım deyil