Lənkəranda idman müəllimi su quyusuna düşərək öldü - VİDEO

30 May 2020 23:40 Qalmaqal 575
Lənkəranda idman müəllimi su quyusuna düşərək öldü - VİDEO

Lənkəranda 61 yaşlı qadın quyuya düşərək dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Əsgərovanın meyiti yaşadığı evin həyətindəki 4 metr dərinliyində olan su quyusundan tapılıb.

Qadının meyitini ilk olaraq bacısı aşkar edib. O, quyunun kənarından bacısına məxsus ayaqqabını tapıb, sonra quyuya baxanda meyiti görüb. Mərhumun qardaşı Mirəsgər Əsgərov bacısının su götürərkən quyuya düşdüyünü deyir:

“Saat 10-11 aralığında gəlib su doldurmağa görüb bacı quyudadır. Qışqırdı, mən də gəldim çıxardıq, artıq gec idi. Təxminən səhər saat 9-da durardı, 3-4 ördəyi var idi, onları buraxardı dən verməyə. Gəlib onlar üçün su götürsün, əyilib düşüb ora.

Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qeyd edək ki, Mirzadə Əsgərova Lənkəran şəhər 2 saylı tam orta məktəbində 40 ildən çox bədən tərbiyəsi müəllimi işləyib. Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti