Qadın futbolçuları zorlayan federasiya prezidenti cəza aldı

27 May 2020 13:26 Qalmaqal 485
Qadın futbolçuları zorlayan federasiya prezidenti cəza aldı

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb.

Sportinfo.az xəbər verir ki, FIFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcazvüzünə məruz qaldığını açıqlamışdı. Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir, bununla razılaşmayanlar millidən qovulur.

Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub. “Dadu” ləqəbli şəxs və 20 ildir federasiyadan çalışan Jan-Bart xəbəri təkzib edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!