COP29

Premyer Liqa klubunun rəhbər şəxsinin oğlunu və baş məşqçinin qohumunu döydülər!

8 May 11:40 Qalmaqal 1 570
Premyer Liqa klubunun rəhbər şəxsinin oğlunu və baş məşqçinin qohumunu döydülər!

"Səbail"in iki vəzifəli şəxsinin yaxın qohumları döyülüb.

Hadisə Premyer Liqanın 33-cü turu çərçivəsində "Qəbələ" ilə keçirilən matçdan (2:3) sonra qeydə alınıb.

Belə ki, elitanı tərk etməyi dəqiqləşmiş komandaya uduzmaqları "dənizçilər"in azarkeşlərinə pis təsir göstərib.

Onların bir qrupu həmin vaxt tribunada olan baş məşqçi Şahin Diniyevin qardaşı oğlu və klubun Müşahidə Şurasının (MŞ) üzvü İxtiyar Asyabinin oğluna fiziki təzyiq göstərib.

Kənar şəxslərin köməyi ilə aranı sakitləşdirmək mümkün olub.

Hadisəni diqqətdə saxlayacağıq. Buna səbəb olan motivi öyrənməyə çalışacağıq.

Hər iki tərəfə tribuna verməyə, dinləməyə hazırıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti