Qalmaqallı klub rəhbərinin avtomobilinə HƏBS QOYULDU!

17:00 Qalmaqal 88
Qalmaqallı klub rəhbərinin avtomobilinə HƏBS QOYULDU!

«Səbail»in prezidenti Mirzə Bayrampurun başının üzərini qara buludlar alıb.

Dünən xəbər vermişdik ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona «stop» tətbiq edilib.

Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

Əldə etdiyimiz növbəti xəbər də düşündürücüdür.

Redaksiyamıza məlum olub ki, M.Bayrampurun öz adına dövlət qeydiyyatına aldırdığı “Lincoln” markalı, 90 AZ 086 seriyalı avtomobilin üzərinə həbs qoyulub.

Klub prezidenti ona məxsus digər maşını isə etibarnamə ilə Bahar adlı xanımın istifadəsinə verib.

Ümumiyyətlə, bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda «Səbail»in özündə də davam edir.

Komandaya maaş borcunun bir hissəsi yalnız dünən ödənilib. Digər borc yiyələri isə hələ də gözləməkdədir.

Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti