Klub prezidentinin Azərbaycandan çıxışına STOP qoyuldu!

20:00 Qalmaqal 607
Klub prezidentinin Azərbaycandan çıxışına STOP qoyuldu!

«Səbail»in prezidenti Mirzə Bayrampurun başı problemdən ayılmır.

Bu ilin iyununda klubun rəhbərliyinə gətirilən şəxs növbəti pis xəbər alıb.

Belə ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Redaksiyamıza daxil olan məlumata görə, bu, futboldakı fəaliyyəti ilə bağlı deyil. Problem Bayrampura aidiyyatlı şirkətlərdən birindən qaynaqlanır.

Kənd təsərrüfatı sektoru üzrə ixtisaslaşan şirkətin iri miqdarda borcu yarandığından, ona «stop» tətbiq edilib. Həmin borc kifayət qədər böyükdür və uzun müddətdir ödənilmədiyindən, müvafiq dövlət qurumunun şikayəti əsasında belə qərar çıxarılıb.

Ümumiyyətlə, bu, Mirzə Bayrampurun adının keçdiyi ilk qalmaqallı hadisə deyil. Xoşagəlməz olaylar hazırda «Səbail»in özündə də davam edir.

Komandaya maaş borcunun bir hissəsi yalnız dünən ödənilib. Digər borc yiyələri isə hələ də gözləməkdədir.

Otel, qida, geyim və s sahələr üzrə öhdəliklər yerinə yetirilməyib. Üstəlik, Bakıda icarəyə götürülən klub ofisinin qapısına qıfıl vurulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti