Polis idarəsinə aparılan futbolçulardan kimlər ŞİKAYƏTÇİ OLUB?

4 Oktyabr 2024 09:00 Qalmaqal 2 271
Polis idarəsinə aparılan futbolçulardan kimlər ŞİKAYƏTÇİ OLUB?

I Liqada mübarizə aparan “Mingəçevir”ın 3 futbolçusunun polis tərəfindən saxlanması haqda dünən məlumat vermişdik.

Bildirmişdik ki, oyunçular Mingəçevir şəhərində yaşadıqları evdən birbaşa idarəyə aparılıb.

Artıq onların kimliyini dəqiqləşdirmişik. Söhbət Muxtar Nəzərli, Xəyal Xudaverdiyev və Mövlan Kərimovdan gedir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sportinfo.az-a bu məlumatı təsdiqləyiblət.

Verilən açıqlamada bildirilib ki, qeyd olunan şəxslər gecə saatlarında kirayə qaldıqları evdə səs-küy saldıqları üçün qonşular tərəfindən polisə müraciət edilib.

Onların barəsində qanunvericiliyə uyğun tədbir görülərək, sərbəst buraxılıblar. Futbolçuların hər biri cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var