İstintaq altında olan klub prezientini həbs gözləyir? – Ondan şikayətçiləri tanıyın

12 Aprel 16:30 Qalmaqal 910
İstintaq altında olan klub prezientini həbs gözləyir? – Ondan şikayətçiləri tanıyın

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İctimaiyyət 3 gündür Sportinfo.az-ın yaydığı bu xəbərdən danışır (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/195675.html).

“İrəvan”ın rəhbəri Zahid Niyazəliyevin hazırda istintaq altında olmasına dair verdiyimiz informasiya, gözlədiyimiz kimi, böyük rezonans doğurdu.

Klubun mətbuat katibi Mübariz Süleymanlının açıqlamasına görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb.

Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir. Bu da müvəqqətidir. «ASK Arena»nın direktoru mayın sonunadək prezident səlahiyyətlərini yerinə yetirəcək.

irevan-klubunun-prezidenti-saxlanildi

AFFA-dan ona belə təlimat gəlib. Ki, nə olur olsun, «İrəvan» çempionatı yarımçıq tərk eləməsin, mövsümü başa vursun. Çünki bu, ictimai-siyasi nöqteyi-nəzərdən ciddi məsələdir. Klubun adını daşıdığı bölgəyə görə.

«İrəvan» istənilən halda sezonu başa vuracaq. Bəs Niyazəliyevin müqəddəratı? O, böyük ehtimalla, məhkəmə qarşısına çıxarılacaq. Daha sonra isə… Yenə böyük ehtimalla, növbəti bir neçə ili həbsxanada keçirəcək.

Bizdə olan qeyri-rəsmi informasiyaya görə, klub prezidentindən şikayətçi düşənlərin sayı kifayət qədər çoxdur və təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlara cavab verməyə çətinlik çəkir.

Bura komandanın futbolçuları, məşqçiləri, digər əməkdaşlar və başqaları daxildir.

Niyazəliyevin əməllərindən əziyyət çəkənlərdən biri də «İrəvan»ın İdarə Heyətinin sabiq sədri Zülfüqar Kazımovdur.

Bir neçə ay öncə buradan ayrılmış Nərimanov rayonunun sabiq icra başçısı ondan hüquq-mühafizə orqanlarına şikayət edib. O, kluba ayırdığı şəxsi vəsaitinin düzgün xərclənməməsini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU