
Məşqçi azyaşlı yetirməsini döyür, sillə-təpiyin altına salır…
Bu görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlar Bakıda, bağlı manejlərin birində çəkilib. Belə aydın olur ki, hər şey futbolçular arasında sərt mübarizə epizodundan sonra başlayır.
Onlardan biri qarşısındakı oyunçuya əl-qol atır, onu arxaya tərəf itələyir.
Mübahisənin böyüməsini görən çalışdırıcı sürətlə meydançaya daxil olur və dava salan uşağı əzişdirir.
Ona əsəbi şəkildə bir neçə zərbə «ilişdirir». Uşağı kənara çəkən məşqçi burada da ona «qulaqburma»sı verməyə davam edir…
Güman ki, bu görüntülər artıq hüquq-mühafizə orqanlarının əlindədir və müvafiq tədbirlər görəcəklər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: