Ermənistanda "kor" olan UEFA-dan İKİÜZLÜLÜK… VİDEO+FOTO

14 Sentyabr 09:00 Qalmaqal 707
Ermənistanda "kor" olan UEFA-dan İKİÜZLÜLÜK… VİDEO+FOTO

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rumıniya - Kosovo oyunu azarkeşlərin siyasi pankart nümayiş etdirməsi səbəbindən dayandırılıb.

Sportinfo.az xəbər verir ki, bu səbəbdən qarşılaşmada təxminən 50 dəqiqəlik fasilə yaranıb.

Buxarestdə baş tutan görüşün 18-ci dəqiqəsində baş hakim Villi Delayau komandaları meydandan çıxarmağa qərar verib. UEFA dərhal reaksiya verərək oyunun “tamaşaçıların ayrı-seçkilik hərəkətləri” səbəbindən yarımçıq dayandırıldığını qeyd edib.

Konkret desək, tribunalarda “Kosovo Serbiyadır” yazısı olan pankart açılması hadisənin əsas səbəbidir.

Maraqlıdır ki, UEFA 2 gün öncə həmin turnir çərçivəsində keçirilən Ermənistan - Xorvatiya matçında yaşanan məlum "bayraq" qalmaqalına görə heç bir tədbir görməyib.

Nə oyun dayandırılıb, nə də sonra hadisəylə bağlı açıqlama verilib. Bu da qitənin ali futbol qurumunun ikili standartlara yol verməsinin bariz göstəricisidir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."