Millidə nələr olur? - "Səbəbini yaxşı bilir, ola bilər ki, bilmədiyini desin, amma…"

22 Sentyabr 2022 09:20 Qalmaqal 774
Millidə nələr olur? - "Səbəbini yaxşı bilir, ola bilər ki, bilmədiyini desin, amma…"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "Qarabağ"da çıxış edən Qara Qarayevi komandaya çağırılmamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə açıqlama verib.

İtaliyalı baş məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu söyləyib:

"Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.

Sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!