“Qarabağ”la oyun öncəsi “Kayrat”da qarşıdurma yarandı

14 Oktyabr 2021 10:40 Qalmaqal 1 128
“Qarabağ”la oyun öncəsi “Kayrat”da qarşıdurma yarandı

“Qarabağ”ın Konfrans Liqasının qrupundakı rəqiblərindən olan “Kayrat”ın düşərgəsində əhval-ruhiyyə yaxşı deyil.

Sportinfo.az xəbər verir ki, futbolçular Kurban Berdıyevin ultra-müdafiə taktikasından kəskin narazılıq ediblər.

Bu barədə “championat.com” saytına klubdakı mənbə məlumat verib:

“Berdıyevdən çox şey gözləyirdilər. O isə müdafiə futbolu oynadır. Artıq komandanın daxilində futbolçuların narazılığı başlayıb.

Məsələ burasındadır ki, komanda bütün rəqiblərə, o cümlədən autsayderlərə qarşı da belə taktika ilə oynayır”.

“Kayrat” 23 oyundan sonra 44 xal toplayaraq 3-cü pillədə qarşılaşıb. “Qarabağ”-“Kayrat” qarşılaşması oktyabrın 21-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti