
Sabiq isveçli hakim Yunas Eriksson UEFA-da korrupsiya olduğunu iddia edib.
Sportinfo.az xəbər verir ki, Eriksson böyük turnirlərdə hakimlərin təyinatı vaxtı korrupsiyanın miqyasının daha geniş olduğunu bildirib:
“Tez-tez soruşurlar ki, böyük turnirlərin həlledici mərhələsində hakimləri necə seçirlər? Bu, çirkli, siyasi və yalançı bir dünyadır. Burda peşəkarlıq heç bir rol oynamır.
Bu dəfə də elə oldu. Turnirdə səhvə yol verməyən hakim artıq evə göndərilib. Qərar isə UEFA-nın ən ali rəhbərləri tərəfindən verilib.
Orda qalan hakimlər isə siyasi dəstəyə sahibdirlər, ya da ki, “vacib” ölkələrdən gəliblər. Ona görə, hələ də ordadırlar”.