"Klub rəhbərliyi ilə bu barədə danışığımız olub" - Azər Bağırov

21:00 Şamaxı 65
"Klub rəhbərliyi ilə bu barədə danışığımız olub" - Azər Bağırov

"Şamaxı" Misli Premyer Liqasının XI turunda səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Zəfər Gününüz mübarək olsun. Bu gündə payı olan hər kəsə təşəkkür edirəm, başda cənab prezident olmaqla. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq arzulayıram. "Sabah"a qarşı oynayırdıq, bilirdik ki, rəqib necə komandadır. Çempionlar Liqasında yaxşı mübarizə aparırlar. Çempionatımızın ən elit komandalarından birinə qarşı oynayırdıq. Uşaqlara tapşırmışdıq ki, döyüşsünlər. Meydanda əsl mübarizə gördük. Bir xalı qazandıq. Daha çoxu da ola bilərdi. "Sabah"a uğurlar arzulayıram.

- Siz iki xal itirdiniz.. Razısız?

- Bir xal qazandıq. "Sabah"a qarşı səfərdə oynayırdıq. İtirilən xal barəsində düşünmək istəmirəm. Futbolçulara da dedim ki, mənim üçün əsas meydançada düşünmək idi. Uduzsaydıq da, bugünkü oyundan razı qalacaqdım.

- Yeni komandanız üçün birinci dövrəni necə şərh edərdiz?

- Bir oyun və bir hissəni çıxmaqla, 10 oyunda yaxşı oynadıq. Ən sevdiyim və xoşuma gələn bir şey var ki, öz meydanımızda müdafiəyə oturmuruq, pressinq edib, dominant oynamaq istəyirik. Müasir futbolu uşaqlara aşılayırıq. Çempionatda ən gənc komandayıq, daha çox yerlilərlə oynayırıq.

- Hansı oyun və hansı hissədən söhbət gedir?

- "İmişli" matçı və "Şəfa" ilə oyunun birinci hissəsi.

- Sonlarda futbolçulara deyirdiz ki, irəlidə sıxın. Futbolçuarınızın fiziki gücünə inamdan irəli gəlirdi?

- Futbol elə oyundur ki, sən qorxmamalısan. Motivasiyan futbolçularda daha çox hiss edilməlidir. "Sabah"ın futbolçularının keyfiyyətini bilirdik.

- Sizi narahat edən məqam var? Rotasiya üçün imkanlarınız geniş deyil...

- Əslində, sözünüzdə həqiqət var. Çalışıram ki, həmişə eyni səviyyədə uşaqlara şans verim və bacardıqca oyun praktikası hamıda daha çox olsun. Statistikaya baxsaq , biz hücum xəttində daha çox rotasiya edirik, nəinki müdafiədə. Bu, o demək deyil ki, müdafiə xəttindən çox razıyıq, çünki qollar buraxırıq. Rotasiyanı irəlidə daha çox edə bilirik, nəinki müdafiədə. Emin Rüstəmov bütün matçlarda 90 dəqiqə oynayıb, əvəzlənməyib.

- Qışda transfer etmək üçün maliyyə imkanınız var?

- Bu barədə düşünürük. Onu zaman göstərəcək. Klub rəhbərliyi ilə bu barədə danışığımız olub. Çalışacağıq ki, qışda bir oyunçu ilə güclənək.

Digər Xəbərlər
Xəbər Lenti