Ölkədə sənədsiz 500 min evin aqibəti necə olacaq?

24 İyul 07:50 Problem 214
Ölkədə sənədsiz 500 min evin aqibəti necə olacaq?

Azərbaycanda sənədsiz 500 min evin aqibəti ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

Onun bildirdiyinə görə, sözügedən fərman 100 minə yaxın sənədsiz evin rəsmiləşdirilməsinə imkan yaradır:

“Ölkədə sənədsiz evlərlə bağlı amnistiya xarakterli sənədlər daim olub. Bu fərman da bariz nümunədir.

Lakin yerdə qalan sənədsiz evlər təəssüf ki, ya yüksəktəzyiqli qaz xətlərinin, neft-boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin mühafizəsində tikilib və ya zəbt olunaraq hər hansı sənəd olmadan tikilən evlərdir. Onlarla bağlı yanaşma fərqli olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!