İcra nümayəndələrinin verdikləri sənədlərlə də mülkiyyət hüququ tanınacaq

24 İyul 08:10 Problem 160
İcra nümayəndələrinin verdikləri sənədlərlə də mülkiyyət hüququ tanınacaq

“2001-ci ilədək yerli icra hakimiyyəti orqanlarının torpaq ayırmaq səlahiyyətləri var idi.

Təhlillər göstərdi ki, çox sayda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən də vətəndaşlara torpaqlar verilib”.

Bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

“Həmin vətəndaşlar o torpaqdan illərdir istifadə edirlər. Artıq vətəndaşlar müvafiq icra hakimiyyəti strukturlarının səlahiyyətötürmə qərarları olmadan belə nümayəndəlik qərarları əsasında da torpaq üzərində mülkiyyət hüquqları əldə edə biləcəklər”, - N. Alimova bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!