Toqquşdu, sıradan çıxdı

03:40 Problem 395
Toqquşdu, sıradan çıxdı

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə üz-üzə gələcək "Hayduk" futbolçu itkisi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi "Bamba" ləqəbli Abduli Sanyanq 2-ci liqada çıxış edən "Xorvatiya Zmiyavtsı" kollektivi ilə yoxlama matçının 28-ci dəqiqədə rəqib oyunçunun müdaxiləsindən sonra zədələnib.

Oyuna davam edə bilməyən Bamba Mişel Şeqo ilə əvəzlənib.

Qarşılaşma "Hayduk"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları Entoni Kalik 27-ci, Noa Skoko 67-ci, Marko Livaya 68-ci və Zvonimir Şarliya 74-cü dəqiqədə vurub.

"Zirə" "Hayduk"la ilk matçını iyulun 23-də Bakıda, cavab görüşünü iyulun 31-də Splitdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti