“Gənc kuryer işləməklə uşaq məşqçisindən daha çox pul qazana bilər"

11 İyul 09:20 Problem 397
“Gənc kuryer işləməklə uşaq məşqçisindən daha çox pul qazana bilər"

“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev akademiyada məşqçi çatışmazlığına dair açıqlaması ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis “Sport-Ekspress”ə müsahibəsində uşaq məşqçiliyi sahəsinə marağın azalmasının səbəblərindən danışıb.

Onun sözlərinə görə, hazırda gənclər kuryerlik etməklə uşaq məşqçisindən daha çox gəlir əldə edə bildikləri üçün bu sahəyə yönəlmirlər:

“Yaxınlarda baza məktəbinə baş çəkmişdim. Direktorla danışdım, məşqçilərlə bağlı vəziyyətin necə olduğunu soruşdum, müsabiqələrin necə keçdiyini öyrəndim.

O isə məni təəccübləndirərək dedi ki, hazırda bu sahəyə maraq azdır. Çünki iş ağırdır və şərti olaraq bir gənc kuryer işləməklə uşaq məşqçisindən daha çox pul qazana bilər".

Murad Musayev 2024/2025 mövsümündə “Krasnodar”ı tarixində ilk dəfə Rusiya çempionu edib.

O, 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər “Sabah” komandasının "sükanı arxası"nda olub.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!