
Premyer Liqaya yüksələn “Karvan” ev oyunlarını yevlaxlı azarkeşlərin qarşısında keçirmək niyyətindədir.
Əvvəlki ot örtüyü sıradan çıxdığından və yeni qazonun salınması vaxt apardığından, rəsmilər süni örtük döşəməyi qərara alıb.
Artıq köhnə qazonun söküntü işlərinə start verilib, proses davam etdirilir.
Lakin bu, “Karvan”ın ilk turlardan Yevlaxda oynayacağı anlamına gəlmir.
Otun sökülməsi, “sintetika”nın döşənməsi ilə bağlı hazırlıq işləri, yeni örtüyün salınması, yoxlanması, hazır vəziyyətə gətirilməsi 1,5-2 ay vaxt aparacaq.
Premyer Liqanın avqustun 15-də başlayacağını nəzərə alsaq, “Karvan”ın ilk turlarda rəqiblərini Yevlaxda qəbul edə bilməyəcəyi gün kim aydındır.
Meydan ən yaxşı halda sentyabr ayında komandanın ixtiyarına veriləcək.
Beləliklə, “Qarabağ”, “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Turan Tovuz” kimi “qaçqın” bölgə komandalarına “Karvan” da qoşulacaq.
HƏBİB / SPORTİNFO.AZ