ŞOK VİDEO! “AFFA futbolçuları ömürlük futboldan uzaqlaşdırır, sonra xəbər göndərir ki...”

16:00 Problem 626
ŞOK VİDEO! “AFFA futbolçuları ömürlük futboldan uzaqlaşdırır, sonra xəbər göndərir ki...”

“AFFA futbolçuları ömürlük futboldan uzaqlaşdırır, sonra xəbər göndərir ki, araşadırılsın.

Deyirlər ki, burada cinayət tərkibli nələrsə varmı? Çox səhv addımdır.

Birinci əməl sübuta yetirilməlidir, daha sonra qərara əsasən, cəzalar tətbiq edilməlidir. Yanaşma çox səhvdir.

Mirhüseyn Seyovdun 2017-ci ildən futboldakı fəaliyyətinə məhdudiyyət qoyulub. Amma hüququ prosedurlar onun günahsız olduğunu sübut edir.

Biz də AFFA-nı məhkəməyə verdik. Çünki futbolçunun 8 ildir ki, ictimai nüfuzu zədələnib, maddi itkilərə səbəb olub.

Amma məhkəmə məsələyə baxmağa xitam verdi. Biz yenə də mübarizəmizi davam edəcəyik.

Çünki haqlı olduğumuz yerdə haqsız durumu qəbul edə bilmərik”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış idman hüquqşünası Elcan Həsənli illər öncə oyun alqı-satqısında iştirakında günahlandırılan “Keşlə”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun məsələsi ilə bağlı son məlumatları diqqətə çatdırıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?