
“Düzünü desək, “İmişli”də rəhbərlikdə qərar verənlər kimlərdir, dəqiq bilmirəm.
Adama sual verərlər: Məqsəd nədir? Premyer Liqada qalmaq?
Əgər bunu istəyirsənsə, yerli mütəxəssislə də nail ola bilərsən. Yox, əgər hədəf çempionluqdursa, göstər görək, bunun üçün nə edəcəksən?
Şərait imkan verməz. Məsələn, Patrik Andradeni İmişliyə apara bilməzsən.
Əgər Portuqaliyanı Avropa çempionu edən baş məşqçi gəlib Azərbaycan millisində heç nə edə bilmirsə, üçüncü dviziondan gələn çalışdırıcı nə edəcək?
Azər Bağırov, Tərlan Əhmədov kimi məşçqilər üçüncü dviziondan gələn portuqaliyanın beşini cibində gəzdirər”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalist Elçin Cəfərovun qonağı futbol funskioneri Ceyhun Sultanov olub. “İmişli”nin məşqçi seçiminin tənqid edildiyi efirdə tanınmış agent maraqlı şərhlərlə diqqət mərkəzində olub.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. H
ədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN