“Qiymətlər qalxıb, artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib”

11:55 Problem 620
“Qiymətlər qalxıb, artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib”

Azərbaycanın Premyer Liqa klubları artıq bir neçə müddətdir yay transferlərinə start verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klublarının indiyədək həyata keçirdikləri transferlərə bağlı tanınmış futbol meneceri Vaqif Heydərli komanda.a-za fikirlərini bölüşüb:

“Hər şey normaldır, hər il olduğu kimidir. Nə əvvəllki illərdən çox deyil, nə də az.

Transfer pəncərəsi hələ bitməyib. Qarşıda bir aydan da çox müddət var. Amma aktivlik hiss olunur, xüsusən, avrokubok iştirakçılarında. “Qarabağ”da, “Sabah”da, xüsusən də, “Araz-Naxçıvan”da.

Yəni, belə deyim, bu sahədə lider hazırda “Araz-Naxçıvan”dır. Demək olar ki, böyük ölçüdə bütün transfer işlərini bitiriblər.

Digərləri ilə müqayisədə, o qədər olmasa da, “Zirə” də işlərini davam etdirir. Amma hələ irəlidə vaxtı da var.

Digər klublar avrokubok iştirakçılarına nisbətən bir az passivdirlər. Bu da ondan irəli gəlir ki, çempionata kimi onların hələ vaxtları var”.

Heydərli əcnəbi futbolçuların Azərbaycan Premyer Liqasına gətirilməsinin çətinliklərindən də danışıb:

“Əcnəbi futbolçuların Azərbaycana gətirilməsi əlbəttə ki, çətindir. Əvvəl çox çətin idi, indi bir az da çətinləşdi. Çünki eyni məbləğlərə digər çempionatlara daha çox maraq göstərirlər. Bura gəlmək üçün daha yüksək məbləğlər istəyirlər. Bizim klublar, misal üçün, deyək ki, əvvəllər Portuqaliyanın yüksək liqasından oyunçu gətirməyə cəhd edirdilər, ikinci liqa oyunçularına o qədər də üstünlük vermirdilər. Qiymətlər orada qalxdığı üçün artıq ikinci liqa oyunçusunu belə, bura gətirmək çətinləşib və hətta üçüncü liqaya yönəliblər”.

Həmsöhbətimiz meneceri olduğu və bu yay “Sabah”dan ayrılan Namik Ələskərova Türkiyə klublarının maraq göstərdiyini deyib:

“Namik Ələskərova həm yerli, həm də Türkiyənin 1-ci liqa klublarından maraq var. Hələ ki, danışıqlar gedir, açıqlama verəcək mərhələyə gəlib çıxmayıb. Düşünürəm ki, yaxın zamanda bəlli olar”.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ