Ölkəmizdə rusdilli məktəblər BAĞLANIR?

2 İyul 2025 07:30 Problem 605
Ölkəmizdə rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər gəlib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.

İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı