
19 ildən sonra Premyer Liqaya qayıdan "İmişli" heyətin formalaşdırımasına start verib.
Artıq 10-dan artıq futbolçu ilə yollar ayrılıb.
Əvəzində düşərgəyə qoşulacaq yeni yerli/əcnəbi transferlər edilib, sadəcə rəsmi açıqlanması qalır.
Komandanın yeni baş məşqçisi də məlumdur.
Portuqaliyalı Xorxe Kaskilya daha iki həmyerlisi ilə bölgə klubunun başında olacaq.
Amma təəssüf ki, komandanın ev oyunlarını keçirdiyi Heydər Əligev adına İmişli şəhər stadionu ilə bağlı eyni hərəkətliliyi görə bilmirik.
Mövsümün bitməsindən sonra arxada qalan 1 ayda onsuz da bərbad vəziyyətdə olanda idman qurğusunun örtüyü daha da yararsız hala düşüb.
Arenanın bu gün çəkilən fotolarını sizə təqdim edirik.
SPORTİNFO.AZ