İcazə ala bilsə, Azərbaycanda bir klubla anlaşacaq

19:20 Problem 386
İcazə ala bilsə, Azərbaycanda bir klubla anlaşacaq

Yuri Vernidub Azərbaycanda çalışa bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Premyer Liqamızdan təklif alıb.

Onunla həmçinin Qazaxıstan klubları da maraqlanır.

Problem ondadır ki, hazırda işsiz olan Vernidub müharibə üzündən Ukraynanı tərk edə bilmir. Çünki qanuna görə, 60 yaşına çatmamış kişilər ümumi səfərbərliyə çağırılır və ölkəni tərk etmək hüququ yoxdur.

Vernidubun isə hazırda 59 yaşı var və 60 yaşını gələn ilin aprelində tamamlayacaq.

Ukraynanı tərk etməklə bağlı xüsusi icazəni ala bilsə, Qazaxıstan və ya Azərbaycanda bir klubla anlaşacaq.

Yuri Vernidub son klubu olan “Krivbass”dan yenicə ayrılıb. O, daha öncə “Sabah”la danışıq aparıb, hətta Bakıda olub.

Digər Xəbərlər
Xəbər Lenti