
AFFA-nın sabiq və indiki rəhbərliyi futbolun bütün sahələrinə diqqət və maliyyə ayırmağı bacarır(dı).
Milli komandalara, infrastruktura, tədbirlərə, layihələrə, inzibati binada oturan işçilərə, xaricdən gələn qonaqlara – hamıya və hər yerə.
Lakin veteran futbolçuların komandasını yada salan yoxdur.
Gürcüstan Futbol Federasiyası “Barselona”, “Milan” kimi dünya nəhənglərinin keçmiş ulduzlarını Qafqaza dəvət edir, Rusiya və Türkiyənin veteranları az qala hər ay hansısa turnirdə iştirak edir.
Bizimkilərə baxanda adamın ürəyi ağrayır. Nə vahid geyim dəstləri var, nə məşq üçün şərait yaradılır, nə də turnirlərdə iştirak üçün maliyyə ayrılır. Sanki bu ölkənin keçmişində futbolçular olmayıb.
Ayda-ildə bir dəfə yığışıb həvəskar şəkildə hansısa turnirdə iştirak edirlər. Cibləri boş, qarınları ac. Üzlərinə baxırsan, şəraitsizliyin, diqqətsizliyin yaratdığı qəm-kədər adamın ürəyini ağrıdır.
Ölkənin veteranlardan ibarət milli komandası olmalı, turnirlərə qatılmalı, həftədə heç olmasa iki dəfə məşq etməlidir. Bunun üçün hərəsinə aylıq 300-500 manat pul vermək, yaxud Veteranlar İttifaqına aylıq 5-10 min manat ayırmaq AFFA üçün nədir ki?
Heç kimə lazım olmayan qızlardan ibarət milli dünyanı gəzir, Fernandu Santuş yanındakılarla birlikdə Bakıdan Lissabona milyonlar daşıyır,
AFFA-nın hər otağında azı beş nəfər oturur. Bütün sahələrə vəsait tapılırsa, veteranların komandası niyə diqqətdən kənarda qalır?
HƏBİB / SPORTİNFO.AZ