22 il əvvəl millidə zədə aldı, indi xəstəxanalıq oldu

28 İyun 2025 00:10 Problem 614
22 il əvvəl millidə zədə aldı, indi xəstəxanalıq oldu

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem əməliyyat olunub.

Sportinfo.az bu barədə “The Sun”a istinadənxəbər verir.

Məlumata görə, buna Bekhemin 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə səbəb olub.

Nəşr yazır ki, futbol ulduzu 2003-cü ildə CAR yığması ilə yoldaşlıq görüşü zamanı biləyindən zədələnib.

Həmin vaxt onun biləyinə vint qoyulub və bunun bir müddət sonra əriməsi nəzərdə tutulub. Amma bu baş verməyib. 50 yaşlı sabiq yarımmüdafiəçi biləyindəki ağrılarla yaşayıb.

Devid Bekhem “Mançester Yunayted”, “Real”, “Milan”, PSJ kimi klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı