Prezident bu şəxslərə barmaq silkələdi: “Bundan uzaq olmağı tələb edirik, xahiş etmirik”

13 Aprel 23:20 Problem 542
Prezident bu şəxslərə barmaq silkələdi: “Bundan uzaq olmağı tələb edirik, xahiş etmirik”

AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun danışılmış oyunlarla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, federasiya başçısı cəzaların sərtləşdiriləcəyini bildirib:

"Qanunvericiliyə əsasən, danışılmış oyunlardan uzaq olmağı tələb edirik. Xahiş etmirik.

Futbolçu və futbol ailəsinə yaraşmayan, etikadan kənar olan davranışlar daha sərt şəkildə cəzalandırılacaq. Müxtəlif müzakirələr aparılır.

Tətbiq olunan cəzalar daha da sərtləşdiriləcək. İnkişafa nail olmaq istəyiriksə, xoşagəlməz halların, danışılmış oyunların, qeyri-etik davranışların qarşısı sərt şəkildə alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti