Azərbaycanlı hücumçuya yarım milyon manatdan çox təzminat ödədilər - İŞ BİTDİ!

7 Mart 20:20 Problem 1 798
Azərbaycanlı hücumçuya yarım milyon manatdan çox təzminat ödədilər - İŞ BİTDİ!

"Hatayspor"un azərbaycanlı hücumçu Renat Dadaşova ödədiyi təzminatın məbləği açıqlanıb.

Sportinfo.az "Kicker"ə istinadən xəbər verir ki, Hatay təmsilçisinin Renata ümumi borcu 275 min avro (təqribən 505 min manat) olub.

FİFA Mübahisələrin Həlli Palatasının qərarından sonra bu borc ödənilib.

Klub isə daha əvvəl Dadaşova olan bütün borclarını ödədiyini açıqlamışdı. Lakin FİFA bunu sübut kimi qəbul etməmiş və araşdırma aparmışdı.

FİFA-nın Dadaşova görə "Hatayspor"a tətbiq etdiyi transfer qadağasının ləğv olunub-olunmayacağı hələlik məlum deyil.

Renat Dadaşov 2023-24 mövsümündə “Hatayspor”un formasını geyinib. O, hazırda Polşanın “Radomiak” klubunda çıxış edir.

Türkiyə klubu Dadaşova yarım milyondan çox təzminat ödədi

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?