“Şəhid ailələri ilə bağlı qanunvericilikdə dəyişikliklər zəruridir”

4 Mart 2025 08:00 Problem 609
“Şəhid ailələri ilə bağlı qanunvericilikdə dəyişikliklər zəruridir”

“Şəhid ailələrinin qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ var.

Lakin bununla bağlı təcrübədə yaranan bəzi çətinliklər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır”.

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.4-cü bəndinə əsasən, şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailəsinin üzvü hesab edilirlər.

“Şəhidin həmin Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ailə üzvlərinin olmaması halında uşaq evlərində olmasından asılı olmayaraq bacı və qardaşlarının da şəhid ailəsinin üzvü hesab edilməsi həmin şəxslərin müvafiq güzəşt və imtiyazlardan bərabər şərtlərlə istifadə etməsinə şərait yaradacaq”, - deyə məruzədə bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR