Sənədsiz evlər məsələsi yenidən gündəmdə - Necə həll olunacaq?

4 Mart 07:50 Problem 597
Sənədsiz evlər məsələsi yenidən gündəmdə - Necə həll olunacaq?

“Özbaşına tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı normativ bazanın hazırlanması vacibdir”.

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilib ki, mənzil hüququnun təmini istiqamətində atılacaq mühüm addımlardan biri də sənədsiz yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlıdır.

Çoxmərtəbəli binalarda yerləşən mənzillərin sənədləşdirilməsi üçün hüquqi baza olsa da, özbaşına tikilmiş fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi mexanizmi hələ də mövcud deyil.

Bu isə həmin tikililərdə yaşayan şəxslərin mənzillərindən istifadə və sərəncam hüququnu, habelə digər əlaqəli hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda