Azərbaycanda oynamış məşhur Mourinyoya dəstək çıxdı

27 Fevral 2025 00:50 Problem 675
Azərbaycanda oynamış məşhur Mourinyoya dəstək çıxdı

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo irqçilikdə ittiham olunur.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Super Liqasının 25-ci turunun “Qalatasaray”la matçından sonra (0:0) rəqibin texniki zonası haqda “meymun kimi tullanırdılar” ifadəsini səsləndirib.

“Qalatasaray” Mourinyonun bu sözləri deməklə irqçilik etdiyini bildirir. “Sarı-qırmızılar” bununla bağlı şikayət etməyi düşünür.

Azərbaycanda oynamış məçhur Mourinyoya dəstək çıxdı

Dünya futbolunun bir çox tanınmış simaları Joze Mourinyoya dəstəyini ifadə edir. Onlar 62 yaşlı məşqçinin sözlərinin irqçilik olmadığını bildirirlər.

“Fənərbaxça”nın baş məşqçisinə dəstək olanlar arasında “Səbail”in sabiq futbolçusu Maykl Essyen də var. Qanalı yarımmüdafiəçi “Çelsi”də çıxış etdiyi dövrə aid olan Mourinyo ilə şəklini paylaşıb.

Essyen 2019-cu ilin martından 2020-ci ilin sentyabrınadək “Səbail”də çıxış edib. O, “dənizçilər”in heyətində 15 rəsmi matçda meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti