Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Premyer Liqanın 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidmətindən məlumat verilib.
Bu gün Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın başlanması saat 16:00-dan 18:00-a dəyişdirilmişdi.
Lakin hazırlıq prosesi tam yekunlaşmadığına görə matçın start fitinin saat 19:00-da verilməsi nəzərdə tutulub.
Sözügedən oyun ötən gün keçirilməli idi.


