Premyer Liqanın 24-cü turu bəzi futbolçular üçün tamaşa meydanına çevriləcək.
Рəftəsonu baş tutacaq qarşılaşmaları üç futbolçu kənardan izləyəcək.
Maraqlıdır ki, hər biri legionerdir, müdafiəçidir və öz komandaları üçün vacib fiqur hesab olunur.
23-cü turda qırmızı vərəqə alan Kevin Medina (Qarabağ) ilə İqor Riberyo (Araz-Naxçıvan), həmçinin, sarı vərəqə limitini dolduran “Sabah”lı İqor Noqeyro cəzalı duruma düşüblər.
Fevralın 21-də “Neftçi” – “Sumqayıt”, ertəsi “Araz-Naxçıvan” – “Səbail”, “Qarabağ” – “Sabah”, ayın 23-də “Şamaxı” – “Turan Tovuz”, “Zirə” – “Kəpəz” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ

