AFFA futbolçuları pulla terapiya edir: “Köçürmə etmişik, tək biz deyilik”

14 Yanvar 20:40 Problem 752
AFFA futbolçuları pulla terapiya edir: “Köçürmə etmişik, tək biz deyilik”

“Baku Sportinq”lə bağlı saytınızda dərc olunan xəbəri oxudum.

Bir neçə futbolçunun adını yazmısınız. Bildirim ki, həmin siyahıda Şahin Balejai da var”.

“Baku Sportinq”in mətbuat katibi Araz Əhmədov Sportinfo.az-da yer alan xəbərə münasibət bildirib.

Xatırladaq ki, əldə etdiyimiz məlumatda paytaxt təmsilçisinin futbolçularının AFFA-nın nəznində və qurumun maddi köməkliyi sayəsində müalicə aldıqları bildirilmişdi. Və bu barədə siz oxucuları məlumatlandırmışdıq.

Burada söhbət Elvin Valiev, Nazim Həsənzadə və Orxan Fərəcovdan gedir. Klubun sözçüsü daha bir nəfərin – Şahin Balejainin də AFFA-da müalicə aldığını deyərək, məsələyə aydınlıq gətirib:

“Bəli, adlarını çəkdiyiniz futbolçular AFFA-da terapiya olunublar.

Lakin bu, assosiasiyanın yox, klubumuzun hesabına olub. Müalicə xərcləri ilə bağlı AFFA-ya pul köçürməsi etmişik.

Bir də ki, bu üsuldan istifadə edən tək “Baku Sportinq” deyil. Başqa klublar da müalicə üçün AFFA-ya üz tutur.

Çünki qurumun tibb sektoru müasir avadanlıqlarla təchiz olunub. Klubların bahalı aparatları almağa imkanı çatmır.

Müalicəyə ehtiyac duyan klub futbolçunu AFFA-ya göndərir, ödənişini edir və bunun nəticəsində terapiya olunur. İstəsəniz, AFFA ilə dəqiqləşdirə bilərsiniz”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!