"İmkanlı klublar əcnəbi məşqçilərə güvənir, bizimkiləri pul az olan yerə çağırırlar".
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
Tanınmış teleşərhçi ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Premyer Liqa təmsilçilərinin heç də hamısının yerli mütəxəssislərə eyni münasibət bəsləməməsindən şikayətlənib.
Azər Bağırovun «Kəpəz»də işləməyə razılıq verməsini misal çəkən ekspert bildirib ki, elita mənsubları maliyyə dayaqlarına görə qərarlar verir.
Belə ki, o, «Neftçi» və «Sabah» kimi imkanlı klubların son illərdə xarici çalışdırıcılara meyl göstərməsinə diqqət yönəldib.
Abbasov bunun yaxşı hal olmadığını vurğulayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN