COP29

Bu problemin kökündə nə dayanır? - “Səbəblər bir deyil, iki deyil, çoxdur”

9 İyul 21:00 Problem 455
Bu problemin kökündə nə dayanır? - “Səbəblər bir deyil, iki deyil, çoxdur”

Azərbaycanlı yeniyetmə futbolçuların inkişafı müəyyən yaşdan sonra dayanır.

Xüsusən keçid dövründən sonra “axsayırlar”.

Bunun səbəbi nədir? Vaqif Cavadov gənclərlə iş təcrübəsi olan biri kimi problemi nədə, yaxud kimdə görür?

Hazırda “Sumqayıt”ın əvəzedici komandasını çalışdıran gənc mütəxəssisin Sportinfo.az-a açıqlamasında deyir:

“Səbəblər bir deyil, iki deyil, çoxdur. Ən vacib faktor futbolçunun 15-16 yaşa qədər necə məşq keçməsi, bazanı necə toplamasıdır.

Məşqlər elə səviyyədə keçilməlidir ki, uşaq 17 yaşa çatanda artıq futbolun təməl prinsiplərini bilsin. Bunun üçün məşqçilər çox savadlı olmalıdırlar.

Özünüz görürsüz, 17-18 yaşında futbolçular Avropa çempionatında iştirak edirlər. Biz isə həmin yaşda hələ də nəsə öyrədirik.

Məşqçi pedaqoq olmaqla yanaşı, həm də psixoloq, yeri gələndə valideyn olmağı bacarmalıdır.

Bir də ki, hər bir insan 16-17 yaşına çatanda həyata gözləri açılır və digər məşğuliyyətlərə meyl salmağa həvəslənir.

Həmin dövrdə məşqçinin futbolçunu yolundan dönməməyə çalışması vacib amildir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…