“Hər yeni gün sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir” - Paşinyan deyir

29 May 2024 16:30 Problem 613
“Hər yeni gün sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir” - Paşinyan deyir

“Hər yeni gün sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ sülh müqaviləsinin mətni ilə bağlı hələ ki razılığın olmamasıdır. O bu razılığın əldə ediləcəyinə ümid etdiyini vurğulayıb:

“Daha doğrusu, bu razılaşmalar əldə olunub, sadəcə onları sülh müqaviləsinin mətninə daxil etmək lazımdır və düşünürəm ki, bu işi mümkün qədər tez başa çatdırmaq imkanımız var”.

Sülh müqaviləsinin harada imzalana biləcəyi ilə bağlı suala cavab olaraq isə Paşinyan qeyd edib ki, müqavilənin harada və nə zaman imzalanacağı daha sonra müzakirə olunacaq başqa bir məsələdir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Sentyabr 18:10 Çək və bizə göndər!
11 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
11 Sentyabr 03:40 “Sabah”a gəldilər - FOTO
11 Sentyabr 03:10 Ləman “Neftçi” yolunda