Rayonda azarkeşlər süni əngəllə üz-üzə qaldı - FOTOLAR

19 Aprel 2024 17:40 Problem 1 086
Rayonda azarkeşlər süni əngəllə üz-üzə qaldı - FOTOLAR

Azərbaycan Premyer Liqasında 31-ci tura Tovuzda start verilib.

Avrokuboklara iddialı "Turan Tovuz" bu yolda əsas rəqiblərindən biri olan "Sumqayıt"ı qonaq edir.

Qarşılaşmaya Tovuzda böyük maraq var.

Oyunun startından bir saat əvvəldən fanatlar arenanın yolunu tutublar.

Amma onların yerlərinə keçməsi heç də asan başa gəlməyib.

Belə ki, giriş qapılarında tamaşaçılara süni maneələr yaradılıb.

4 qapısı olan böyük darvazanın yalnız biri açılıb.

Tərəfdarlar 2-2, 3-3 içəri buraxılıb.

Bu da futbolsevərlərin böyük narazılığı ilə qarşılanıb.

Etirazlara rəğmən proses sona kimi eyni formada davam etdirilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu