Yenə biabır etdi, real vəziyyəti açıqladı - DƏHŞƏTLİ FAKTLAR ORTADA

26 May 2023 08:10 Problem 1 075
Yenə biabır etdi, real vəziyyəti açıqladı - DƏHŞƏTLİ FAKTLAR ORTADA

Rusiyada ultra-millətçi cəbhənin dəstəklədiyi muzdlu ordu olan “Vaqner”in rəisi Priqojin Rusiyanın yüksək rütbəli rəhbərliyini tənqid atəşinə tutub.

Ukraynanın Rusiyanın əməliyyatı sayəsində güclü orduya malik ölkəyə çevrildiyini bildirən Priqojin "Rusiyanın təhlükəsizliyini təmin etməkdə də uğursuzluğa düçar olduq" deyib.

Priqojin Rusiyanın, bir ildən artıqdır davam edən hərbi əməliyyatının elan olunmuş məqsədlərindən heç birinə nail olmadığını deyib.
Ötən gün Rusiya mətbuatına bütün müharibə prosesini əhatə edən ətraflı açıqlama verən Priqojin, Rusiyanın uğur qazana bilmədiyi məqamları sadalayıb:

“Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlanğıcında bəyan etdiyimiz hədəfləri xatırladıram. Rusiyanın təhlükəsizliyini təmin etmək, Ukraynanı ultra-millətçi nasistlərdən təmizləmək, Ukraynanın silahlardan azad edilməsi və orada yaşayan rus mənşəli insanların həyatının təhlükəsizliyini təmin etmək. Praktikada nə etdik? Əvvəlcə nasistləri ovlamaq adı ilə ölkəyə girdik. Nasistləri ovladığımızı fərz edib, oradakı bütün mülki insanları məhv etdik”

Priqojin Baxmut döyüşünü indiyə qədərki, ən qanlı döyüş adlandırıb. “Vaqner" olaraq bizim Baxmutda itkimiz 20 min civarındadır. Onların yarısı Rusiya həbsxanalarından cəbhəyə yığdığım məhbuslardır. Digər yarısı isə bizim müqaviləli muzdlu əsgərlərimizdir. Ukrayna tərəfi bizdən iki dəfə çox əsgər itir”-o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!