Ermənilərdən əsir əsgərlərimiz üçün “bazarlıq təklifi”

25 May 2023 18:50 Problem 7 884
Ermənilərdən əsir əsgərlərimiz üçün “bazarlıq təklifi”

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirov haqqında 11 il 6 ay müddətinə həbs qərarı çıxarıb.

Ona qarşı “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə saxta ittiham irəli sürülüb.

A.Bəbirov bu ittihamlarla təqsirli bilinib. Digər azərbaycanlı hərbçi Hüseyn Axundovla bağlı hələ ki qərar verilməyib. Erməni tərəfi onu qətldə ittiham edir.

Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında deyib ki, iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq. “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, - deyə Paşinyan bildirib.

2021-ci ilin yayında Bakı məhkəməsi 13 erməni hərbçisini 6 il müddətinə azadlıqdan məhrum edib. Onlar terrorçuluqda, qeyri-qanuni silah saxlamaq və daşımaqda, sərhədi qeyri-qanuni keçməkdə, eləcə də silahlı dəstələr yaratmaqda suçlu bilinirlər.

Azərbaycan erməni hərbi qulluqçuları hərbi əsir saymır, çünki onlar Azərbaycan, Ermənistan və Rusiya döyüş əməliyyatlarını dayandıran üçtərəfli bəyanat imzalandıqdan sonra tutulublar və onları əsir hesab etməyə əsas yoxdur.

Paşinyanın mövqeyindən də belə anlaşılır ki, onları Bakıda cəza çəkən diversantlarla dəyişmək təklif ediləcək.

Əsirlərin dəyişdirilməsi istər-istəməz müzakirə olunacaq. Bəs bu müzakirələr nə vaxt başlaya bilər, əgər sonda razılaşma olacaqsa, hərbi əsirlərimizin tezliklə geri qaytarılması faydalı olmazmı?

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"